“Çelsi” müdafiəçisinə 20 milyon qiymət qoydu

05.12.2020 19:12

İtaliyanın "Çelsi" klubu futbolçusu Markos Alonsonun qiymətini müəyyənləşdirib.

Xezerxeber.az apasport.az-a istinadla bildirir ki, London təmsilçisi müdafiəçini 20 milyon avroya satmağa hazırdır.

Premyer Liqa klubu futbolçunun xidmətində maraqlı olan İtaliya "İnter"in bu məbləği istəyib. 29 yaşlı ispaniyalının transferində Milan təmsilçisinin baş məşqçisi Antonio Konte maraqlıdır

Qeyd edək ki, Alonso "Çelsi"yə 2016-cı ildə "Fiorentina"dan keçib. Onun müqaviləsi 2023-cü ilin yayında başa çatacaq.

Ramil

© xezerxeber.az


206 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR