ÇL-də daha 3 komanda üçün 1/8 final şansı

02.12.2020 13:22

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura yekun vurulacaq.

Xezerxeber.az qol.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə 4 qrupda 8 qarşılaşma keçiriləcək.

F qrupunda Dortmund "Borussiya"sı "Latsio"sunu qəbul edəcək. Qalib gələn tərəf növbəti mərhələyə vəsiqəni təmin edəcək. İlk iki sırada qərarlaşmış bu komandaların hər ikisinin 1/8 finala yüksəlmək imkanı da var. Bunun üçün qrupun digər oyununda "Zenit" "Brügge"dən xala almalıdır.

Digər qruplarda "Çelsi" "Sevilya"nın, "Barselona" "Ferensvaroş"un, PSJ "Mançester Yunayted"in qonağı olacaq. Ha qrupunda "Mançester Yunayted" qələbə sayəsində sona bir tur qalmış 1/8 finala yüksələ bilər.

Həmçinin "Yuventus" "Dinamo"nu, Türkiyənin turnirdəki yeganə təmsilçisi "Başakşəhər" isə "Leyptsiq"i qəbul edəcək.

2 dekabr

Çempionlar Liqası, qrup mərhələsi, 5-ci tur

E qrupu

21:55."Krasnodar" (Rusiya) - "Renn" (Fransa)

00:00."Sevilya" (İspaniya) - "Çelsi" (İngiltərə)

F qrupu

00:00. "Brügge" (Belçika) - "Zenit" (Rusiya)

00:00. "Borussiya" (Dortmun, Almaniya) - "Latsio" (İtaliya)

G qrupu

00:00. "Yuventus" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

00:00. "Fenertsvaroş" (Macarıstan) - "Barselona" (İspaniya)

H qrupu

21:55. "Başakşehir" (Türkiyə) - "Leyptsiq" (Almaniya)

00:00. "Mançester Yunayted" (İngiltərə) - PSJ (Fransa)

1 dekabr

A qrupu

"Lokomotiv" (Moskva, Rusiya) - "Zalsburq" (Avstriya) - 1:3

"Atletiko" (İspaniya) - "Bavariya" (Almaniya) - 1:1

B qrupu

"Şaxtyor" (Ukrayna) - "Real Madrid" (İspaniya) - 2:0

"Borussiya" (Mönxenqladbax, Almaniya) - "İnter" (İtaliya) - 2:3

C qrupu

"Marsel" (Fransa) - "Olimpiakos" (Yunanıstan) - 2:1

"Portu" (Portuqaliya) - "Mançester Siti" (İngiltərə) - 0:0

D qrupu

"Liverpul" (İngiltərə) - "Ayaks" (Niderland) - 1:0

"Atalanta" (İtaliya) - "Midtülland" (Danimarka) - 1:1

© xezerxeber.az


222 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR