Tomas Müller Çempionlar Liqasının 10 ən yaxşı bombardiri siyahısına daxil olub

02.12.2020 09:45

Almaniyanın "Bavariya” klubunun futbolçusu Tomas Müller Çempionlar Liqasının 10 ən yaxşı bombardiri siyahısına daxil olub.

Təcrübəli yarımmüdafiəçi qrup mərhələsinin V turunun "Atletiko” ilə matçında (1:1) turnirdəki 47-ci qolunu vurub.

Turnirin tarixində 10-cu sıraya yüksələn Müller Filippo İnzaqini arxada qoyub. Almaniyalının 8-ci sıraya şərik olan Zlatan İbrahimoviçlə Andrey Şevçenkoya çatması üçün daha bir qol vurması lazımdır.

Qeyd edək ki, turnirin ən yaxşı bombardiri Kriştiano Ronaldonun hesabında 131 qol var.apasport

Nərmin Məcidli

© xezerxeber.az


231 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR