“Sevilya” – “Çelsi” qarşılaşması Çempionlar Liqası tarixində ilklə əlamətdar olacaq

01.12.2020 16:06

Bu gün keçiriləcək "Sevilya” – "Çelsi” qarşılaşması Çempionlar Liqası tarixində ilklə əlamətdar olacaq.

 Qrup mərhələsinin V turunun oyununda VAR stadiondan kənarda fəaliyyət göstərəcək.

Bu, Çempionlar Liqası tarixində ilk belə hadisədir. Videoassistentlər UEFA-nın İsveçrədəki mənzil-qərargahında işləyəcək. Ehtiyat variant kimi arenada da əlavə videoassistentlər olacaq ki, onlar zərurət yaransa "səhnəyə çıxacaq”. Portuqaliyalılar Tyaqu Lopeş və Luiş Branko Nyonda, italiyalılar Paolo Valeri və Çiro Karbone stadionda olacaq.apasport

Nərmin Məcidli

© xezerxeber.az


244 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR