Azərbaycanın güllə atıcısı Polşada qızıl medal qazanıb

30.11.2020 10:31

Azərbaycan atıcısı Ruslan Lunyov növbəti uğuruna imza atıb.

Təmsilçimiz Polşanın Belostok şəhərində təşkil olunan "Polish Open Kaliber” turnirində fərqlənib.

Güllə atıcımız 10 metr məsafədən atəş açmaqda uğura imza atıb. 241,7 nəticə göstərən Lunyov qızıl medala yiyələnib.

Həm kişi, həm qadınların iştirak etdiyi yarışda digər təmsilçimiz Nigar Nəsirova 196,6 xalla 4-cü olub.
Apasport.az

Sevinc

© xezerxeber.az

FOTOQALERIYA






248 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR