Qurban Qurbanov koronavirusa yoluxub

29.11.2020 18:10

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovda koronavirus aşkarlanıb.

Bu barədə onun köməkçisi Elçin Rəhmanov məlumat verib.

***

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun "Səbail”lə səfər oyununda texniki zonada yer almayıb.

48 yaşlı mütəxəssisin səhhətində problem yaranıb.

Amma bunun koronavirusla bağlı olmadığı bildirilib.

Həkimlər ona 2-3 gün istirahət etməyi məsləhət görüblər. Baş məşqçinin ötən gün komanda ilə birlikdə Ağdama yollana bilməməsi də eyni səbəbdən baş verib.

Qeyd edək ki, "Qarabağ”ı "Səbail”lə matça Qurban Qurbanovun köməkçisi Elçin Rəhmanov çıxarıb./Report

© xezerxeber.az

FOTOQALERIYA






274 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR