Neymar İbrahimoviçin rekordunu qırdı

29.11.2020 14:00

PSJ-nin futbolçusu Neymar yeni rekorda imza atıb.

XəzərXəbər Apasport.az-a istinadən bildirir ki, braziliyalı Liqa1 təmsilçisinin heyətində 50-ci qolu vurub.

Bu, "Bordo" ilə qarşılaşmada (2:2) reallaşıb. Neymar PSJ-də 50 qol səddinə ən tez çatan futbolçu adına yiyələnib.

O, 50-ci topu 58-ci matçında vurub. Cənubi amerikalı Zlatan İbrahimoviçə məxsus rekordu arxada qoyub. İsveçli 50-ci qola 59-cu oyunda imza atmışdı.

Liqa1-də isə yalnız iki futbolçu 100-ü daha tez yarılayıb. Onların hər ikisi "Marsel"in üzvləri olub. Qunnar Anderson 53-cü, Yosip Skoblar isə 54-cü oyunda 50-yə çatıb.

© xezerxeber.az


199 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR