Dieqo Maradona barədə 10 maraqlı fakt

26.11.2020 13:37

Noyabrın 25-də vəfat edən futbol əfsanəsi Dieqo Maradona bu idman növünün tarixinə öz damğasını vurub.

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi olmuş əfsanə həm meydanda, həm də kənardakı davranışları ilə daim diqqət mərkəzində yer alıb.

Rusiyalı həmkarlarımız cənubi amerikalı barədə 10 ən maraqlı faktı hazırlayıb. Bu faktları təqdim edirik:

1. Gənc vunderkindin adı mətbuata ilk dəfə 1971-ci ildə çıxıb. Amma yanlış şəkildə - qəzetdə Karadona adlı futbolun gələcək ulduzunu xatırlamaq xahiş olunurdu.

2. Maradona Argentina millisində gənclər yığmasından daha tez – 16 yaşında debüt edib.

3. Maradona "Tanrının əli” adlanan futbol tarixinin ən məşhur qoluna imza atıb. Dieqo DÇ-1986-da topu əllə İngiltərə yığmasının qapısından keçirib.

4. Maradona futbol tarixinin yeganə oyunçusudur ki, transfer qiymətində iki dəfə rekordu yeniləyib.

5. 1991-ci ildə Maradonanın qanında kokain aşkarlanıb, 15 aylıq diskvalifikasiya alıb və bir daha "Napoli”də çıxış etməyib.

6. 90-cı illərin əvvəlində Maradona pnevmatik tüfənglə 4 jurnalisti yaralayıb. 2 il 10 ay icbari cəza alıb.

7. 2005-ci ildə Maradona Argentina televiziyasında tok-şounun aparıcısı olub. Onun ilk qonaq seçimi təəccübləndirib: Studiyada Maradonanın futboldakı əsas rəqibi Pele peyda olub.

8. Maradona tatuları sevirdi. Əlində Ernesto Çeqevarra, ayağında Fidel Kastronun portreti var idi.

9. 2013-cü ildə Maradona məhkəmədə "Napoli”yə qalib gəlib. Klub Kavani barədə mini film çəkib. Dieqonun xoşuna gəlməyib ki, bəzi şəxsi fotolar icazəsiz istifadə olunub.

10. 2018-ci ilin yayında Maradona Brest "Dinamo”sunun fəxri sədri olub. Amma argentinalı Belarusda yalnız bir dəfə olub. (Apasport.az)

© xezerxeber.az


487 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR