Həbib Nurməhəmmədov idmandan nə vaxt gedəcəyini açıqladı

23.10.2020 09:15

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov idmandan nə vaxt gedəcəyi barədə danışıb.

Bu barədə "UFC Russia" məlumat yayıb.

"Məndə hələ rəqabət atəşi alovlanır. Əgər özünə rahatlamağa icazə versən, onda beyin bədənə komanda verməyəcək. Vaxtın yetişdiyini hiss edən kimi (idmandan - red) gedəcəm", - Həbib Numəhəmmədov deyib.

H.Nurməhəmmədov daha əvvəl karyerasının sonu barədə sualı cavablandırıb. O, bildirib ki, hələlik "özünün daha möhkəm olduğunu” hiss edir.

Xatırladaq ki, sabah H.Nurməhəmmədovla amerikalı Castin Qetji arasında döyüş baş tutacaq./report

© xezerxeber.az


297 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR