Çempionlar Liqası: "Bavariya" "Atletiko" ilə, "Liverpul" "Ayaks"la üz-üzə

21.10.2020 09:35

Bu gün UEFA Çempionlar Liqasında qrup mərhələsinin birinci turunun növbəti oyunları keçiriləcək.

İkinci oyun günündə 4 qrupda 8 qarşılaşma baş tutacaq. Turnirin son qalibi "Bavariya" Almaniyada İspaniya "Atletiko"sunu qəbul edəcək. A qrupunun digər matçında Rusiya "Lokomotiv"i Avstriyada "Zaltsburq"un qonağı olacaq.

B qrupunun iddialı komandalarından "Real Madrid" İspaniyada Ukrayna "Şaxtyor"u, "İnter" İtaliyada Almaniyanın "Borussiya” (Mönxenqladbax) klubu ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

21 oktyabr

A qrupu
20:55. "Zalstburq” (Avstriya) – "Lokomotiv” (Moskva, Rusiya)
23:00. "Bavariya” (Almaniya) – "Atletiko” (İspaniya)

B qrupu
20:55. "Real Madrid” (İspaniya) – "Şaxtyor” (Donetsk, Ukrayna)
23:00. "İnter” (İtaliya) – "Borussiya” (Mönhenqladbax, Almaniya)

C qrupu
23:00. "Mançester Siti” (İngiltərə) – "Portu” (Portuqaliya)
23:00. "Olimpiakos” (Yunanıstan) – "Marsel” (Fransa)

D qrupu
23:00. "Ayaks” (Niderland) – "Liverpul” (İngiltərə)
23:00. "Midtüllann” (Danimarka) – "Atalanta” (İtaliya)

© xezerxeber.az


221 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR