Futbol üzrə Ermənistan çempionatı hərbi vəziyyətlə əlaqədar dayandırılıb

28.09.2020 10:09

Ermənistanda futbol üzrə ölkə çempionatı dayandırılıb.

Buna səbəb ölkədə hərbi vəziyyət və səfərbərliyin elan olunmasıdır.

Ermənistan Futbol Federasiyasının mətbuat xidməti Dağlıq Qarabağda baş verən hadisələrə görə çempionatın dayandırıldığını bəyan edib. Bildirilib ki, hərbi vəziyyətin sonuna qədər ölkədə heç bir futbol yarışı keçirilməyəcək.

Qeyd edək ki, avqustda start götürən Ermənistan çempionatında 5 tur olub.

© xezerxeber.az


217 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR