"İnter"dən "Sampdoriya"ya keçdi

26.09.2020 14:46

"Sampdoriya" "İnter"in müdafiəçisi Antonio Kandrevanı heyətinə cəlb edib.

 

XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, Genuya təmsilçisi 33 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalayıb.

 

Bu keçid A Seriya təmsilçisinə 2,5 milyon avroya başa gəlib.

 

Milan təmsilçisi Kandrevanı 2016-cı ildə "Latsio"dan 22 milyon avroya transfer edib.

© xezerxeber.az


157 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR