Vensan Abubakar yenidən "Beşiktaş"da

24.09.2020 10:40

Türkiyənin "Beşiktaş" klubu sabiq futbolçusu Vensan Abubakarı yenidən heyətinə qatır

"NTV Spor" xəbər verir ki, 28 yaşlı hücumçu "qartallar"la müqavilə bağlamaq üçün artıq Türkiyədədir. 

Qanalı forvard tibbi müayinədən keçdikdən sonra 1+1 illik sözləşməyə qol çəkəcək. 

Qeyd edək ki, Vensan Abubakar müqavilə üzrə məxsus olduğu Portuqaliya "Portu"su ilə sözləşməsini ləğv edəcək. O, "Beşiktaş"da 2016/2017 mövsümündə də oynayıb. 

© xezerxeber.az


216 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR