"Beşiktaş" keçmiş futbolçusunu qaytardı

18.09.2020 15:27

"Beşiktaş" "Yeni Malatyaspor"la müqaviləsini pozan Gökhan Törəni heyətinə qatıb.

 

İstanbul təmsilçisi 28 yaşlı futbolçu ilə 1+1 illik razılığa gəlib.

 

Gökhan Törə 2019-cu ilin yayında "Beşiktaş"dan ayrıldıqdan sonra "Yeni Malatyaspor"a keçmişdi. Türkiyə millisinin üzvü ötən mövsüm keçirdiyi 28 oyunda 2 qol vurub, 5 məhsuldar ötürmə edib.

© xezerxeber.az


136 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR