Luis Suarez “Yuventus”a keçməyə yaxındır

18.09.2020 14:45

İspaniyanın "Barselona” futbol klubunun hücumçusu Luis Suarez İtaliyanın "Yuventus” komandasına keçməyə yaxındır.

Xarici KİV-lər xəbər verir ki, 33 yaşlı hücumçu İtaliyaya yollanıb. Uruqvaylı forvardın İtaliya pasportu almaq üçün imtahan verəcəyi bildirilib. Onun növbəti mövsümdə Turin klubunda çıxış edəcəyi gözlənilir.

Qeyd edək ki, "Barselona”nın baş məşqçisi Ronald Kuman açıqlamasında Suaresin komandada qalıb-qalmayacağını bilmədiyini deyib.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR