"Bavariya" Perisiçlə bağlı qərarını verdi

15.08.2020 16:47

"Bavariya" İvan Perisiçlə bağlı qərarını verib.

Münhen klubu "İnter"dən icarəyə götürdüyü yarımmüdafiəçini transfer etmək niyyətindədir.

Almanlar 31 yaşlı xorvatiyalı üçün Milan təmsilçisi ilə danışıqlara artıq start verib. "Neradzurra" isə oyunçusunun satışından 20 milyon avro qazanmaq niyyətindədir.

Qeyd edək ki, İvan Perişiç geridə qalan mövsüm Bundesliqada 22 oyun keçirib, 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

© xezerxeber.az


777 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR