Millimizin məşqçiləri yoxlama oyunlarını izləyəcək

14.08.2020 14:12

Futbol üzrə Azərbaycan milli komandasının məşqçi heyəti bu gün Premyer Liqa klublarının keçirəcəyi yoxlama oyunlarını izləyəcək. 

XəzərXəbər AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, baş məşqçi Canni De Byazi "Keşlə” – "Səbail” matçına baxacaq. 

64 yaşlı italiyalı mütəxəssisin köməkçiləri Arif Əsədov və Klaudio Beluççi "Sumqayıt” – "Zirə” görüşündə olacaq. Yığmanın digər məşqçiləri Benito Karbone, Alessandro Skaya və Dmitri Kramarenko "Neftçi” – "Qəbələ” oyununu izləyəcəklər. 

Qeyd edək ki, AFFA Canni De Byazi ilə 1,5 illik müqavilə imzalayıb.

© xezerxeber.az


158 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR