"Latsio" "Fənərbaxça"nın hücumçusunu transfer etdi

14.08.2020 12:45

"Latsio" "Fənərbaxça"nın hücumçusu Vedat Murikini transfer edib.

 

"La Gazetta dello Sport" xəbər verir ki, Roma təmsilçisi bu keçid üçün 18,15 milyon avrosundan keçib.

 

Əgər paytaxt klubu növbəti mövsüm A Seriyasında çempion olsa İstanbul təmsilçisinə 2,5 milyon avro bonus ödəyəcək. 2-ci yer 1,5 milyon, 3-cü pillə 1 milyon, 4-cülüyün bonusu isə 0,5 milyon avro təyin olunub. Növbəti satışdan "sarı-lacıvərdli" kluba pay ödəniləcək.

 

Kosovo yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. 26 yaşlı mərkəz hücumçusu illik 2 milyon avro maaş alacaq. Muriki növbəti həftə Romaya yollanıb, tibbi müayinədən keçəcək.

 

"Fənərbaxça" Murikini 2019-cu ilin yayında "Rizəspor"dan 5 milyon avro və 3 futbolçu qarşılığında transfer etmişdi. Kosovolu futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 17 qol vurub, 7 məhsuldar ötürmə edib.

© xezerxeber.az


145 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR