AFFA millinin məşqçilər heyətini açıqladı

11.08.2020 16:23

AFFA Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin köməkçilərini açıqlayıb. 

XəzərXəbər assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, köməkçi məşqçilər Arif Əsədov, Benito Karbone və Klaudio Beluççi olacaq. 

Dmitri Kramarenko qapıçılar, Alessandro Skaya isə fiziki hazırlıq üzrə məşqçi funksiyasını yerinə yetirəcək. Federiko Turitsiani yığmada videoanalitik vəzifəsini icra edəcək. 

Qeyd edək ki, Canni De Byazi AFFA ilə 1,5 illik müqavilə imzalayıb.

© xezerxeber.az


303 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR