"Roma" MY-nin müdafiəçisini alır

07.08.2020 17:07

"Roma" Kris Smollinqin transfer hüquqlarına yiyələnmək üçün "Mançester Yunayted"lə danışıq aparır.

Bunu informasiyalarının çoxu rəsmən təsdiqini tapan insayder - Nikolo Skira "Twitter" hesabında yazıb.

Bu yaxınlarda milyarder Den Fridkinə satılan İtaliya təmsilçisinin idarəçiləri 30 yaşlı oyunçunun transferini olduqca vacib sayırlar. İngiltərə klubuyla olan anlaşmasının müddəti 2022-ci ilin yayında bitəcək Smollinqin özü də icarə əsasında çıxış etdiyi "Roma"ya qayıtmağın əleyhinə deyil. Müdafiəçi daha çox oynaya bildiyi komandada çıxış etmək istəyir.

Fanat.Az

© xezerxeber.az


369 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR