"Yuventus" Jorjinyo üçün hərəkətə keçdi

07.08.2020 16:37

"Yuventus" "Çelsi"nin satışa çıxartdığı Jorjinyonu almaq üçün hərəkətə keçib.

 London təmsilçisi Braziliya əsilli italiyalı futbolçunun keçidi üçün 50 milyon avro təzminat tələb edir.

Turin klubu bu məbləği aşağı endirib, 28 yaşlı yarımmüdafiəçini rənglərinə bağlamaq istəyir.

 "Çelsi" Jorjinyonu 2018-ci ildə 57 milyon avorya "Napoli"dən transfer edib. O, ötən mövsüm Premyer Liqada keçirdiyi 31 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.

© xezerxeber.az


325 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR