Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Zidan: "Beyl "Mançester Siti"yə qarşı oynamaq istəmədi"

07.08.2020 14:56

"Real"ın baş məşqçisi Zinəddin Zidan Qaret Beylin Çempionlar Liqasında "Mançester Siti" ilə keçiriləcək oyunun iştirak ərizəsinə salınmamasından danışıb.

Fransalı mütəxəssis uelsli futbolçunun istəyinə görə belə qərar verdiklərini deyib:

"Beyl bu matçda oynamaq istəmədi. Artıq digər məsələlər mən və onun arasındadır. Mənə oynamaq istəmədiyini dedi. Bu, sizə deyəcəyim yeganə cümlədir. Bütün futbolçular oyuna hazırdır və yalnız qarşılaşmanı düşünürük. Beylin gələcəyi? Bilmirəm, ancaq hazırda bizim futbolçudur".

31 yaşlı vinger bu mövsüm keçirdiyi 20 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR