Gökhan Gönül "Fənərbaxça"ya qayıtdı

06.08.2020 20:08

"Fənərbaxça" növbəti transferini açıqlayıb.

 
XəzərXəbər klubun saytına istinadla xəbər verir ki, İstanbul təmsilçisi "Beşiktaş"dan ayrılan Gökhan Gönüllə 1+1 illik müqavilə imzalayıb.

 

Türkiyə millisinin üzvü 2007-2016-cı illərdə "Fənərbaxça"da çıxış edib. 35 yaşlı müdafiəçi ötən mövsüm Super Liqada keçirdiyi 30 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib.

 

İstanbul təmsilçisi daha öncə "Sivasspor"dan ayrılan Mert Hakan Yandaşla müqavilə imzalamışdı.

© xezerxeber.az


318 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR