"İnter" Sançesi transfer etdi

06.08.2020 14:28

"İnter" "Mançester Yunayted"dən icarəyə götürdüuü Aleksis Sançesi birdəfəlik transfer etməyə qərar verib.

"Göy-qaralar" Mançester təmsilçisi ilə razılığa gəlib. Milan klubu 31 yaşlı futbolçunun transferini tezliklə açıqlayacaq

Çili millisinin üzvü ötən mövsüm A Seriyasında keçirdiyi 22 oyunda 4 qol vurub, 9 məhsuldar ötürmə edib.

© xezerxeber.az


139 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR