"Real"dan "Atletiko"ya transfer

05.08.2020 18:17

"Real"ın yarımmüdafiəçisi Hames Rodriqes "Atletiko"ya keçmək üzrədi.

"El Golazo de Gol" xəbər verir ki, Hames bu yay 10-15 milyon avro qarşılığında "Atletiko"ya transfer olacaq.

2019-20 mövsümündə 14 matçda meydana çıxan kolumbiyalı futbolçu 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı Rodriqesə 32 milyon avro qiymət qoyub.

Fanat.Az

© xezerxeber.az


333 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR