"Mançester Yunayted" "Portu"nun futbolçusunu hədəfə aldı

05.08.2020 17:31

"Mançester Yunayted" "Portu"nun müdafiəçisi Aleş Telleşi transfer hədəfinə alıb.

"A Bola" nəşri xəbər verir ki, "qırmızı şeytanlar" 27 yaşlı futbolçu üçün tələb olunan 40 milyon avroluq məbləği aşağı salmağa çalışır.

"Portu" braziliyalı futbolçunu 2016-cı ildə "Qalatasaray"dan 6,5 milyon avroya transfer edib. Sol cinah müdafiəçisi ötən mövsüm 49 oyunda 13 qol vurub, 12 məhsuldar ötürmə edib.

© xezerxeber.az


197 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR