Camal "Liverpul"un hədəfində

05.08.2020 17:26

"Liverpul" "Norviç Siti"nin sol cinah müdafiəçisi Camal Luis ilə maraqlanır.

"Sky Sports" xəbər verir ki, "qırmızılar" şimali irlandiyalı futbolçunu Endryu Robertsona əvəzləyici kimi görür. Mersisaydlılar rəsmi təklif göndərməsə də, 10 milyon funt-sterlinq gözdən çıxarıb.

22 yaşlı futbolçu ötən mövsüm Premyer Liqada keçirdiyi 28 oyunda 1 assist edib.

© xezerxeber.az


192 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR