"Milan" Hakanı razı saldı

05.08.2020 13:47

"Milan" yarımmüdafiəçisi Hakan Çalhanoğlunun müqaviləsini uzatmağa hazırlaşır.

"Qırmızı-qaralar" türkiyəli futbolçu ilə 4 illik razılığa gəlib. 26 yaşlı oyunçunun maaşı artırılmayacaq və o, illik 2,5 milyon avro məvacib alacaq. Lakin ötən sözləşmə ilə müqayisədə türkiyəli futbolçu qazanılan qələbələrdə daha çox bonus əldə edəcək.

Hakanın müqaviləsi 2021-ci ilin iyunun 30-da başa çatırdı. O, bu mövsüm 36 oyunda 10 qol vurub, 8 məhsuldar ötürmə edib.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR