Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Sulşer MY rəhbərliyini tələsdirir - Ceydon Sançoya görə

01.08.2020 17:54

"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer rəhbərliyin Dortmund "Borussiya"sının vinqeri Ceydon Sançonun transferini ən qısa müddətdə həll etməsini istəyir.

ESPN xəbər verir ki, Sulşer Harri Maquayr, Brunu Fernandeş kimi oyunçuların transferləri zamanı baş verənlərin təkrarlanmasından ehtiyatlanır. O, əlavə vaxt itirməyin əleyhinədi və futbolçunun adaptasiyası üçün uzun müddət tələb olunduğunu düşünür.

Mənbənin məlumatına görə, Sanço uğrunda mübarizədə favorit olduqlarına inanan "Yunayted" rəsmiləri transfer qiymətini 80 milyon funta kimi azalda biləcəklərindən əmindilər. Vitse-prezident Ed Vudvordun ilkin təklifinin 50 milyon funt olacağı bildirilir. Sulşer və məşqçilər heyəti isə təklifin reallığa uyğun olmasını istəyir. Onlar "Borussiya"nın bu məbləğə "yox" deyəcəyindən əmindilər.

20 yaşlı futbolçu norveçli mütəxəssisin yay üçün əsas transfer hədəfidi. "Borussiya" daha öncə Sançonu 120 milyon avrodan aşağı qiymətə satmayacağını açıqlamışdı.

"Yunayted"in transferi rəsmiləşdirmək üçün 10 avqusta kimi vaxtı var. Sözügedən tarixdə Dortmund klubunun yeni mövsüm hazırlıqları başlayacaq.

Fanat.Az

© xezerxeber.az


314 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR