"Real Betis"in yeni baş məşqçisi

10.07.2020 10:03

İspaniyanın "Betis" futbol klubunun yeni baş məşqçisi müəyyənləşib.

Xezerxeber.az klubun saytına istinadla xəbər verir ki, bu vəzifəyə Manuel Pelleqrini təyin edilib. Çilili mütəxəssislə 2023-cü ilin yayına kimi müqavilə imzalanıb.

M.Pelleqrini "Real", "Mançester Yunayted" kimi klubları çalışdırıb. Onun son iş yeri "Vest Hem" olub.

Xatırladaq ki, "Betis" ölkə çempionatında 41 xalla 13-cü pillədə qərarlaşıb.

© xezerxeber.az


151 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR