“Latsio”nun futbolçusu rəqibini dişlədi – FOTO

08.07.2020 16:30

"Latsio”nun futbolçusu Patrik Qabarron İtaliya A Seriyasının 31-ci turunda”Leççe” ilə görüşdə rəqibini dişləyib.

İspaniyalı müdafiəçi matçın əsas vaxtına əlavə olunmuş dəqiqələrdə cərimə zərbəsi zamanı rəqib futbolçusu Culio Donati ilə mübahisə edib. Onlar mövqe seçmək uğrunda mübarizə aparan zaman Qabarron rəqibinin qolundan dişləyib. Görüşün baş hakimi futbolçunu qırmızı vərəqə ilə meydandan qovub.

Qeyd edək ki, oyun "Leççe”nin 2:1 hesablı qələbəs ilə başa çatıb.


© xezerxeber.az


257 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR