Ronaldo Messinin rekordunu təkrarladı

08.07.2020 16:50

"Yuventus”un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo 2007-2008-ci illər mövsümündən başlayaraq 10-cu dəfə bir çempionat ərzində 25-dən artıq qol vurub.

Bu barədə Gazeta.ru yazıb.

Hücumçu İtaliya çempionatının 31-ci turunda "Milan”la oyunda fərqlənib. Hazırkı mövsümdə portuqaliyalı A seriyasında artıq 26 qol vurub. Ümumilikdə, Ronaldo bu mövsüm "Yuventus” forması ilə çıxdığı 39 qarşılaşmada isə 30 qol vurub və yeddi məhsuldar ötürmə edib.

Beləliklə, K.Ronaldo ardıcıl 10-cu dəfə mövsüm ərzində 25-dən artıq qol vurub ki, buna qədər sözügedən rekord "Barselona”nın argentinalı ulduzu Lionel Messiyə məxsus idi.

© xezerxeber.az


301 dəfə oxunub

XƏBƏRLƏR

13.08.2020 12:20

TAP-ın 97%-i yekunlaşıb

ÇOX OXUNANLAR