“Real Madrid” səfərdə “Atletik Bilbao”nu məğlub edib

05.07.2020 19:28

İyulun 4-də futbol üzrə İspaniya La Liqasının 34-cü turunun növbəti oyunu keçirilib.

Xezerxeber.az xəbər verir ki, lider "Real Madrid” səfərdə "Atletik Bilbao” klubunun qonağı olub.

"San Mames Barria” stadionunda keçirilən görüş madridlilərin minimal hesabla qələbəsi ilə başa çatıb - 1:0.

Oyunda yeganə qolun müəllifi 73-cü dəqiqədə Serxio Ramos olub.

Bu qələbə sayəsində "Real Madrid” xal ehtiyatını 77-ə çatdıraraq turnir cədvəlində əsas izləyici "Barselona”dan 7 xal irəli keçib. "Atletik Bilbao” isə 48 xalla 8-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, "Barselona” axşam saat 00:00-da səfərdə "Villyareal” klubunun qonağı olacaq.

© xezerxeber.az


272 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR