Buffon: Ən azı 43 yaşıma kimi oynayacam

05.07.2020 15:05

"Yuventus"un qapıçısı Canluici Buffon karyerasını bitirməyə tələsmir.

42 yaşlı qolkiper hələ ən azı daha bir il oynamağı düşünür.

Buffon hələ də yüksək səviyyədə oynamaq gücündə olduğunu bildirib: "Ən azı 43 yaşıma kimi burada olacağam. 40 yaşımdan bəri vəziyyəti aydan-aya nəzərdən keçirirəm. Əsas xüsusiyyətin yoxa çıxdığını görəndə uzaqlaşacağam. Bu da ən yüksək səviyyədə oynamaq bacarığıdır. Həmin vaxt çatanda ayrılacağam. Ancaq motivasiyalı və yaxşı formada olduğum müddətdə oynamaqda davam edəcəyəm. İndi məni heç nə oynamaqdan çox xoşbəxt etmir".

Qeyd edək ki, 1 illik PSJ karyerasını nəzərə almasaq, Canluici Buffon 2001-ci ildən "Yuventus"da çıxış edir.

© xezerxeber.az


238 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR