Balotelli karyerasını Argentinada davam etdirə bilər

04.07.2020 16:52

"Breşiya"nın hücumçusu Mario Balotellinin növbəti "dayanacağ"ı Argentina ola bilər.

"Football Italia" xəbər verir ki, menecer Mino Rayola müştərisini "Boka Xuniors"a təklif edib.

Hazırda "Qalatsaray", "Vasku da Qama", "Flamenqo", "Botafoqo" və "Los-Anceles Qelaksi" 29 yaşlı futbolçunun xidmətində maraqlıdılar.

"Breşiya" Balotellini ötən yay azad agent kimi heyətinə qatmış və 3 illik müqavilə imzalamışdı. Bu yaxınlarda klub onun müqaviləsinə xitam veriləcəyini açıqlamışdı.

Fanat.Az

© xezerxeber.az


264 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR