"Real" bu mövsüm "Santyaqo Bernabeu"ya həsrət qalacaq

02.06.2020 15:45

"Real" cari mövsümün qalan oyunlarını "Santyaqo Bernabeu" stadionunda keçirməyəcək.

Goal.com xəbər verir ki, matçlara "Alfredo Di Stefano" stadionu ev sahibliyi edəcək. Bu barədə "Real"ın prezidenti Florentino Peres məlumat verib:

"Mövsümün qalan ev oyunlarını "Alfredo Di Stefano" stadionunda keçirmək qərarına gəldik. Bu qərar sayəsində "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işlərini davam etdirə biləcəyik".

"Alfredo Di Stefano" stadionu Madrid klubunun rezerv komandası - "Kastilya"ya məxsusdu.

Hazırda "Real"ın "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işləri aparılır. Ümumi layihənin "kral klubu"na 570 milyon avroya başa gələcəyi bildirilir.

Fanat.Az

© xezerxeber.az


248 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR