Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Azərbaycanda futbol mövsümünün başa çatacağı vaxt bilindi - TƏQVİM

01.06.2020 14:49

Bərpa olunacaq futbol üzrə Azərbaycan Premyer Liqasının və ölkə kuboku yarışlarının təqvimi açıqlanıb.

XəzərXəbər xəbər verir ki, Premyer Liqa iyunun 21-i XXI turla bərpa olunacaq.

Həmin gün "Qarabağ” – "Qəbələ”, "Sabah” – "Keşlə”, "Sumqayıt” – "Səbail” və "Zirə” – "Neftçi” oyunları keçiriləcək. Ümumiyyətlə, bütün turun oyunları eyni gündə keçiriləcək. Belə ki, XXII tur 26 iyun, XXIII tur 30 iyun, XXIV tur 5 iyul, XXV tur 9 iyul, XXVI tur 17 iyul, XXVII tur 25 iyul və XXVIII tur 29 iyulda baş tutacaq.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunları ("Qəbələ” – "Zirə” və "Sumqayıt” – "Qarabağ”) 13 iyulda, cavab matçları isə 21 iyulda keçiriləcək. Azərbaycanda cari futbol mövsümünə avqustun 2-də yekun vurulacaq. Həmin gün ölkə kubokunun final matçı təşkil olunacaq.

© xezerxeber.az


127 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR