Kay Haverts gələcəyi haqda danışdı

26.05.2020 15:07

"Bayer”in futbolçusu Kay Haverts Bundesliqanın 27-ci turunda Münhenqladbax "Borussiya”sını məğlub etdikləri oyundan (3:1) sonra açıqlama verib.

Qələbəni şərh edən 20 yaşlı yarımmüdafiəçi, gələcəyi haqda da danışıb:

"Oyunun sonlarında hücumlarda səhvlər etməyə başladıq. Ancaq qələbə qazanmağı bacardıq. Hədəfimizə doğru irəliləyirik. Hər kəs mənim gələcəyim haqda danışır. İndi "Bayer”dəyəm və mövsümün sonunda gələcəyim haqda danışacağıq”.

Havertslə "Çelsi”, "Mançester Yunayted”, "Mançester Siti” və "Bavariya” yaxından maraqlanır. Yarımmüdafiəçi Almaniya milli komandasına da dəvət alır.

© xezerxeber.az


131 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR