"Nyukasl" dünyanın ən bahalı müdafiəçilərindən birini transfer etmək istəyir

23.05.2020 17:27

"Bavariya"nın müdafiəçisi Lukas Ernandes bu yay "Nyukasl Yunayted"ə keçə bilər.

"Bild" xəbər verir ki, Səuddiyə Ərəbistanından olan investorlar "Nyukasl"ı alacağı təqdirdə, keçid reallaşa bilər.

Ernandes ötən yay 80 milyon avro qarşılığında "Atletiko"dan "Bavariya"ya transfer edilmişdi. O, Vircil van Deykdən sonra futbol tarixinin ikinci ən bahalı müdafiəçisi hesab olunur. Fransız futbolçu cari mövsümdə "Bavariya"nın heyətində 14 matçda meydana çıxıb.

Hazırda "Nyukasl" rəsmi olaraq Mayk Eşliyə məxsusdu. May ayının əvvəlində o, klubu 300 milyon funt sterlinq müqabilində Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Salmanın idarə etdiyi fonda satmağa razılıq vermişdi.

Fanat.Az

© xezerxeber.az


248 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR