Bakı
31 C
USD
EUR
1.7000
1.9125
RUB
GBP
0.0244
2.1107
XƏBƏR
ARXİVİ

Poçettino qayıdır: Təklifləri dəyərləndirməyə hazıram

23.05.2020 14:51

"Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino işinin başına dönməyə hazırdı.

Argentinalı mütəxəssis "Sky Sports"a müsahibəsində təkliflərə açıq olduğunu bildirib:

"Məşqçiliyə nə vaxt qayıdacağımı dəqiq bilmirəm. Əsas odur ki, biz hazırıq. Təkliflərə açığıq.

Premyer Liqa klubunda işləmək? İngiltərəni sevirəm. Londonda yaşamağa davam etmək istəyirəm. Amma eyni zamanda, digər ölkələrdən gələcək təklifləri dəyərləndirməyə də hazıram.

Daim irəli hərəkət etmək, yeni reallıqlara uyğunlaşmaq lazımdı. Futbolda ən önəmli şey budu. Əlbəttə, 5 il yarım işlədiyin klubdan ayrılmaq ağırdı. Klubu inkişaf etdirmək və hədəflərimizə çatmaq üçün çox çalışdım. Amma bu, futboldu. Hər şey bir göz qırpımında baş verir. Gələcəyi düşünmək lazımdı. Artıq ağrılı dönəmi geridə qoymuşuq. Bərpa prosesi uğurla tamamlanıb. Enerjimiz çoxdu, biliyimizdən yeni layihələrdə faydalanmağa və futbol ehtirasımızı nümayiş etdirməyə hazırıq".

Qeyd edək ki, "Tottenhem" ötən ilin noyabr ayında Poçettinonu istefaya göndərmişdi.

Fanat.Az

© xezerxeber.az


258 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR