“Barselona” və “Mançester Siti” müdafiəçilərini dəyişir

23.05.2020 13:51

İspaniyanın "Barselona” klubunun futbolçusu Nelson Semedunun karyerasını davam etdirmək istədiyi komanda bəlli olub.

Müdafiəçi İngiltərənin "Mançester Siti” klubuna keçmək niyyətindədir.

26 yaşlı futbolçunun İtaliya "Yuventus”una keçəcəyi də bildirilirdi. O, Miralem Pyaniçlə bağlı alqı-satqı çərçivəsində klubunu dəyişməli idi.

Lakin portuqaliyalı Premyer Liqa təmsilçisinə keçməyə qərar verib. Baxmayaraq ki, mançesterlilər Çempionlar Liqasından kənar qalacaq.

Onun "Mançester Siti”yə keçidi qarşılığında Joau Kanselu "Barselona”ya yollanmalıdır. İki klub arasında ilkin razılıq əldə olunduğundan transferin bu yay rəsmiləşməsi gözlənilir./Apasport.az

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

01.06.2020 21:15

Ümid yeri - VİDEO

ÇOX OXUNANLAR