“Keşlə”nin futbolçusu dörd ölkədən təklif alıb

21.05.2020 17:45

"Keşlə” futbol klubunun üzvü, milli komandamızın oyunçusu Ruslan Qurbanov ölkə xaricində oynamaq istəyir.

Xezerxeber.az xəbər verir ki, mayın 31-də hazırkı klubu ilə müqaviləsi başa çatacaq hücumçu Qazaxıstan, Rusiya, Belarus və Türkiyə klublarında təklif aldığını bildirib. Hazırda menecerinin həmin klublarla danışıqlar apardığını deyən R.Qurbanov böyük ehtimalla karyerasını ölkəmizdən kənarda davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, R.Qurbanov ötən ildən "Keşlə”nin formasını geyinir.

© xezerxeber.az


173 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR