Mario Balotelli "Breşiya"dan ayrılacaq

21.05.2020 13:24

Mario Balotelli mövsümün sonunda "Breşiya"dan ayrılacaq.

29 yaşlı hücumçu ilə Türkiyənin "Qalatasaray" və Braziliyanın "Vasko da Qama" klubu maraqlanır. Məlumata görə, hər iki klub oyunçunun agenti Mino Rayola ilə danışıqlara başlayıb.

Balotelli 2019-cu ilin yayında azad agent statusu ilə "Breşiya"ya keçib və 3 illik müqavilə imzalayıb. Qana əsilli italiyalı hücumçu A Seriyada 19 oyunda 5 qol vurub.

© xezerxeber.az


84 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR