21-ci əsrin bombardiri futbolla vidalaşdı

21.05.2020 09:14

"Atletik"in futbolçusu Aritz Aduriz karyerasını başa vurub.

Bu barədə klubun saytı məlumat yayıb. O, səhhətindəki problemlər səbəbindən bu addımı atıb.

Qeyd edək ki, 39 yaşlı hücumçu Bilbao təmsilçisində 21-ci əsrin ən yaxşı bombardiridir. İspan oyunçu 407 matçda 172 qol vurub.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR