"Yuventus" İkardini transfer etməyə hazırdı

18.05.2020 15:32

Mauro İkardi karyerasını yenidən İtaliyada davam etdirə bilər.

"Corriere dello Sport" xəbər verir ki, "Yuventus" İkardini transfer etməyə hazırdı. "Qoca sinyora" PSJ-nin argentinalı futbolçunun transfer haqlarını ələ keçirəcəyinə ümid edir. Yalnız bundan sonra Turin klubu təklif göndərəcək.

"Yuve"nin İkardini birbaşa "İnter"dən alması inandırıcı görünmür. "Neradzurri" 27 yaşlı hücumçunu prinsipial rəqibinə satmaq niyyətində deyil.

İkardi icarə əsasında PSJ-də çıxış edir. Paris təmsilçisi satınalma opsiyasından faydalanaraq onu 70 milyon avro qarşılığında heyətinə qata bilər.

Cari mövsümdə 31 matçda meydana çıxan İkardinin aktivində 20 qol, 4 məhsuldar ötürmə var.

Fanat.Az

© xezerxeber.az


202 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR