UEFA Avropa çempionatının təqvimini müzakirə edəcək

09.04.2020 16:07

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa çempionatını qəbul edən 12 şəhərin hamısı ilə matçların cədvəlini müzakirə edəcək. Bu barədə TASS agentliyinə UEFA-nın mətbuat xidmətindən məlumat veriblər.

Xezerxeber.az xəbər verir ki, Avropa çempionatı koronavirus pandemiyasına görə 2020-ci ilin yayından 2021-ci ilin 11 iyun-11 iyul dövrünə keçirilib.

Mətbuat xidmətinin məlumatında deyilir: "Nəzərdə tutulduğuna görə, Avro-2020-2021-ci il iyunun 11-dən iyulun 11-dək elə həmin şəhərlərdə eyni matç cədvəli ilə keçiriləcək. Lakin matçların rəsmi cədvəli hələ təsdiq edilməyib. UEFA çempionatı qəbul edən 12 şəhərin hamısı ilə bu məsələni müzakirə edəcək və yaxın vaxtlarda bu barədə ətraflı məlumat verəcək.

Hazırkı vəziyyətə görə, Avropa çempionatı Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Ansterdamda keçirilməlidir.

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR