Türkiyə millisinin futbolçusu karantinə alınıb

09.04.2020 15:21

Türkiyə millisinin futbolçusu Yunus Mallı karantinə alınıb.

28 yaşlı yarımmüdafiəçi klubu "Yunion Berlin"in məşqlərinə qatılmayıb.

Baş məşqçi Urs Fişer futbolçunun evində karantinə alındığını təsdiqləyib. Lakin o, oyunçunun koronavirus pandemiyasına yoluxub-yoluxmadığını bildirməyib. Videogörüntü vasitəsilə bəzi media nümayəndələrinin suallarını cavablandıran çalışdırıcı Yunusun nə üçün karantinə alındığını açıqlamayıb.

Qeyd edək ki, Yunus Mallı "Yunion Berlin"ə bu ilin əvvəlində digər Almaniya klubu "Volfsburq"dan icarəyə verilib.

© xezerxeber.az


133 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR