Bakıdakı yarışdan sonra bu da təxirə salındı

08.04.2020 11:59

"Formula 1” üzrə daha bir yarış təxirə salınıb.

Bakıdakı yarışdan sonra Monreal şəhərində keçirilməli olan "Kanada Qran Prisi”nin də koronavirusepidemiyasına görə 12-14 iyun tarixlərində baş tutmayacağı bildirilib.

Bununla da, "Formula 1”də cari mövsüm ərzində ləğv olunan və təxirə salınan yarışların sayı doqquza çatıb.

Qeyd edək ki, 5-7 iyun tarixlərində baş tutmalı olan və təxirə salınan "Azərbaycan Qran-Prisi”nin oktyabrın ilk yarısında keçiriləcəyi gözlənilir./Oxu.Az

© xezerxeber.az


164 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR