Paulo Dibala yenidən koronavirusa yoluxub

05.04.2020 10:49

İtaliyanın "Yuventus” klubunun hücumçusu Paulo Dibala yenidən karantindədir. 

Bu yaxınlarda koronavirusdan sağaldığı deyilən futbolçunun COVID-19 analizi yenidən müsbət çıxıb.

Hazırda həm futbolçu, həm də sevgilisi yenidən karantin rejimində müalicə alırlar.

Xəbəri Dibalanın sevgilisi sosial şəbəkə vasitəsilə təsdiqləyib.

© xezerxeber.az


174 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR