FIFA yığma komandaların iyun oyunlarını təxirə salmağı tövsiyə etdi

04.04.2020 10:44

Koronavirusun yayılma vəziyyətini izləyən Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının(FIFA) İşçi Qrupu təşkilat şurasının bürosunamilli yığma komandalarıniyun ayı üçün nəzərdə tutulan bütün matçlarını təxirə salmağı tövsiyə edib.

FIFA-nın mətbuat xidməti tərəfindən yayılmış məlumatda bildirilir ki, tövsiyə həm kişi, həm də qadın komandalarının oyunlarına şamildir.

Həmçinin İşçi Qrupu FIFA şurasının bürosuna 2022-ci il dünya çempionatınınseçmə matçlarının planlaşdırılması üzrə konfederasiyaların nümayəndələri ilə ikitərəfli danışıqlar aparmağı, eləcə də qadın komandaları arasında Olimpiya Oyunlarına seçməturnirinkeçirilməsi üçün yeni tarixləribeynəlxalq təqvimə daxil etməyitövsiyə edib.

Qeyd edək ki, UEFA artıq iyunda milli komandaların bütün oyunlarını qeyri-müəyyən müddətə təxirə salıb.

© xezerxeber.az


113 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR